Risklərin idarə edilməsi üzrə baş mütəxəssis

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 04.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika və ya Biznesin idarə edilməsi üzrə);
  • Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
  • Yüksək səviyyədə MS Office proqramlarında (xüsusilə, MS Excel) işləmək bacarığı, SQL biliyi arzuolunandır;
  • Risklərin təhlili və minimallaşdırılması üzrə biliklər;
  • Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
  • Məntiqi və analitik düşünmə tərzi.

İşin təsviri:

  • Bankın üzləşə biləcəyi risklərin müəyyənləşdirilməsi və bu risklərin bankın aktivlərinə, mənfəətinə və ümumilikdə müvəffəqiyyətinə potensial olaraq yaratdığı təsirlərin analiz edilməsi;
  • Bankda risklərin idarə edilməsi ilə bağlı dataların toplanması, analiz edilməsi, risklərin ölçülməsi və əldə edilmiş nəticələrin Risklərin idarə edilməsi strukturunun direktoruna təqdim edilməsi;
  • Bankda kredit, bazar, likvidlik riskləri üzrə modellərin qurulmasında və tətbiqində iştirak;  
  • Aylıq olaraq bank üzrə verilmiş bütün kreditlərin düzgün təsnifləşdirilməsi və ehtiyatların yaradılmasının həyata keçirilməsi;
  • Risklərlə bağlı  stress-testlərin  keçirilməsi  və  risklərin azaldılması məqsədi ilə təkliflərin verilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin idarə edilməsi üzrə baş mütəxəssis” qeydi edərək göndərməyini xahiş edirik.