Baş mühasibin maliyyə-uçot üzrə müavini

İşin təsviri

İxtisas tələbləri:

  • Ali iqtisadi təhsil,
  • Maliyyə - mühasibat işi üzrə 5 ildən az olmayaraq iş təcrübəsi 
  • Azərbaycan və rus dillərində səlis danışıq;
  • Offis kompüter proqramları yüksək səviyyədə (MS Word, Excel, İnternet və s.);
  • 1C 8.3 proqramını yüksək səviyyədə bilməlidir;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti; 
  • Komandada işləmək bacarığı;

Vəzifə və öhdəlikləri:

  • Maliyyə-iqtisad idarəsinin maliyyə-uçot şöbəsinin işinə nəzarət etmək;
  • Maliyyə əməliyyatlarının uçotunun aparılmasına, mühasibat hesabatının tərtib edilməsinə nəzarət etmək;
  • Görülmüş iş, alınmış mal-material və göstərilmiş xidmətlərə görə ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin, eləcədə büdcəyə ƏDV-nin elektron köçürmələrini aparılmq;
  • Debitor borclarının aylar üzrə hesablanması və mühasibatlıq proqramına işlənməsini təmin etmək;
  • Balansı və onun əlavələrini tərtib etmək və rəhbərliyə təqdim etmək;
  • Rəhbərlik tərəfindən tələb olunan cədvəl və məlumatları tərtib edilərək təqdim etmək;
  • Aylıq, rüblük, illik hesabatları vergi və statistika orqanlarına təqdim etmək;
  • Debitor borclarının yığımının təşkili və nəzarəti;
  • Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları aidiyyatı üzrə icra etmək;
  • İş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
  • Yüksək məsuliyyətlə vəzifə borcuna yanaşmaq, əmək və istehsalat nizam-intizamına əməl etmək, tabeliyində olanlardan yuxarıda göstərilənləri tələb etmək;
  • AR-nın qanunvericiliyi və müəssisənin normativ sənədləri ilə nəzərdə tutulmuş işləri yerinə yetirmək;
  • Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, ixtisasını daim təkmilləşdirmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək.

İş qrafiki:

  • 5 günlük, 09.00-dan 18.00-dək (nahar fasiləsi 13.00-14.00)
  • İstirahət günləri – şənbə, bazar.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasibin müavini” yazaraq  göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.

ASG Helicopter Services tərəfindən digər vakansiyalar