İşin təsviri
Şəhər: Yevlax və yaxın ətraf rayonlar
Vəzifə öhdəlikləri:
- İstifadə olunan avadanlıqların normal və təhlükəsiz işləməsinin təmin edilməsi;
- Periodik plan əsasında texniki baxışların aparılması;
- Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkili;
- Servis şirkətlərinin işinə nəzarət və aktların qəbulu;
- Soyutma və havalandırma sistemlərinin dayanıqlı və qəzasız istismarının təşkili;
- Ofis daxili elektrik və texniki problemlərinin həll olunması;
- Yeni müştərilər üçün ethernet və optik xətlərin çəkilməsi;
- Yanğın söndürmə sistemlərinə nəzarət və ilkin müdaxilə.
Tələb olunun biliklər:
- Elektrik, avtomatika,mexanika mühəndisliyi üzrə ali təhsil;
- Soyutma sistemləri haqqında anlayış;
- Transformator, generator, UPS, chilleri bir sistem formasında işlədilməsi;
- Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması, istismarı qaydaları;
- Yüksək və aşağı gərginlikli bir xətli elektrik diaqramını oxuya bilmə;
- BMS, PMS, DMS, PLC sistemləri haqqında təməl bilgilər;
- Access control, video müşahidə sistemlərinin planını oxuya bilmə və işləmə qaydaları;
- Müxtəlif növ elektrik, siqnal və xəbərləşmə kabellərin istismar qaydaları;
- Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planı;
- Yanğın siqnalizasiya, sulu və qazlı söndürmə sistemləri haqqında ilkin bilik;
- Problemləri həll edə bilmə və qərar vermə qabiliyyətinə malik olma;
- Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığına malik olma;
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- İş qrafiki: Növbəli iş rejimi
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, göndərə bilərlər.