Biznesin İnkişafı üzrə Məsləhətçi

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dili bilikləri;
  • Ofis proqramları və 1C proqramı üzrə yüksək səviyyədə bilik.
  • Səlis nitq, dəqiqlik, operativlik, analitik düşüncə tərzi, dərmanlar üzrə biliklər

Əmək funksiyaları:

  • Xarici təchizatçılarla satınalma prosesinin vaxtında, müəyyən olunmuş prosedur-qaydalara uyğun şəkildə icra edilməsi
  • Məhsulun uyğun qiymətə, tələb olunan keyfiyyətdə və həcmdə vaxtda satınalınmasının təmin edilməsi
  • Sifarişlərin təşkili və idarə edilməsi
  • Satınalma strategiyasını hazırlanması, satınalma prosesinin  ən əlverişli və peşəkar şərtlərlə həyata keçirilməsi
  • Potensial təchizatçıların müqayisəli şəkildə araşdırılması
  • Bazarın təhlili, tələb olunan məhsulların daxili və xarici bazarda araşdırma aparılması
  • Təchizatçı bazasının hazırlanması və təhlil edilməsi
  • Yeni təchizatçılarla işgüzar münasibətlərin inkişaf etdirilməsi

İş şəraiti:

  • İş yeri: BEGOC Biznes Mərkəzi
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir ;

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi