İşin təsviri
İşin təsviri:
- Təsərrüfat üzrə menecer və nəzarətçi ilə birgə işləyərək həftəlik iş qrafiklərini tərtib etmək, həmin qrafiklərin biznes ehtiyaclarını və digər əsas icra göstəricilərini əks etdirdiyinə əmin olmaq.
- Xidmətçilərə iş öhdəlikləri və tapşırıqları bölüşdürmək.
- Xidmətçilər tərəfindən görülmüş işlərə dair qonaq otaqlarında və ictimai ərazilərdə yoxlamalar aparmaq.
- İtən və zədələnən əşyalar haqqında xəbər vermək.
- İctimai ərazilər, iaşə obyektləri, ofislər, tualetlər və avtomobil dayanacağında yoxlamalar aparmaq.
- Podratçılar tərəfindən həyata keçirilən işlərin yoxlanılmasını həyata keçirmək.
- Podratçılar tərəfindən həyata keçirilmiş işlərlə bağlı podratçının nəzarətçisi ilə əlaqə yaratmaq və onları yoxlamaq.
- Planlaşdırılmış müntəzəm işlərin həyata keçirilməsini təmin etmək.
- Şirkətin bütün minimal standartlarının həyata keçirilməsini təmin etmək.
- Xidmətçilərin digər şöbələr ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmələrinə əmin olmaq.
Namizədə olan tələblər:
- Təmizlik şöbəsində Qrup rəhbəri kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
- Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
- Azərbaycan və İngilis dillərində şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
- Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Housekeeping Team leader” qeyd edərək CV-lərini 31.08.2023-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.