Tender və satınalma mütəxəssisi (xanım)

  • Oil Supply LLC
  • Elanın qoyulma tarixi: 02.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyaları:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tenderərin təhlili və hazırlanması (sənədlərin texniki, kommersiya və müqavilə aspektlərinə diqqət yetirməklə tender təkliflərini nəzərdən keçirmək, təhlil etmək və hazırlanması;
  • Tender üzrə bütün tələb olunan zəruri texniki sənədlərin və sertifikatların hazırlanması və toplanması;
  • Tender prosesi zamanı şirkətin təmsil olunması;
  • Tenderin izlənməsi: daxil olan tenderləri idarə etmək, tender tələblərinin təhlilinə kömək etmək.
  • Xarici ölkələrdəki istehsalçı və təchizatçılarla yazışmaların və danışıqların aparılması, satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması; 
  • Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmaların aparılması, işgüzar danışıqların və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
  • Müştəridən sifarişlərin qəbul olunması və sifarişlərin icra olunması
  • Satışın icrasını təmin etmək

Ümumi tələblər:

  • Xanım namizədlər
  • Güclü iş etikasına sahib olmaq
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Satış qabiliyyəti olmalı;   
  • Problemləri həll etmək bacarığına malik olmaq
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Məhsulları təqdim etmək bacarığına malik olmaq.
  • Nizam-intizam
  • Stress altında işləmə qabiliyyəti

Xüsusi tələblər:

  • Müvafiq sahədə təcrübə: 1-3 il
  • Azərbaycan dillərində səlis ünsiyyət bacarığı (Rus və İngilis dili üstünlük kimi qiymətləndirilir)
  • Yaş həddi: 25-45
  • Ofis proqramları 

İş şərtləri:

  • 6 günlük iş həftəsi
  • İş saatı  I-V: 9:00 –dan 19:00 -dək; VI: 09:30-15:00
  • İstirahət günü Bazar günüdür
  • Şirkətin ünvanı: Salyan şossesi 32 (https://goo.gl/maps/uV7a1d3STF2aHHKH6
  • Əmək haqqı: 1000-1500 AZN 

Xahiş olunur ki, şəkilli CV-lərini mailin mövzu hissəsində “Tender və satınalma mütəxəssisi” sözlərini qeyd edərək [email protected] elektron ünvanına göndərsinlər.