İşin təsviri
Vəzifə öhdəlikləri:
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
- Kreditləşmə üzrə müvafiq sənədləşməni həyata keçirmək;
- Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
- Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
- Verilmiş kreditlərin monitorinqinin aparılması.
Tələblər:
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
- Analitik düşüncə, effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;
İş barədə məlumat:
- Əmək haqqı: 450 AZN+bonus
- İş yeri : Maştağa, Şüvəlan, Bakıxanov
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-16:00
CV-lərinizi “Kredit üzrə mütəxəssis” başlığı altında göndərməyiniz xahiş olunur.