Planlama mühəndisi

  • Ramco CJSC
  • Elanın qoyulma tarixi: 01.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər: 

  • Mühəndislik sahəsi üzrə ali təhsil (inşaat mühəndisliyi üzrə təhsil üstünlükdür);  
  • Planlaşdırma mühəndisi vəzifəsində, inşaat sektorunda ən azı 3 illik təcrübə;
  • Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili arzuolunandır; 
  • Layihə Planlama Proqramları (Primavera P6) üzrə peşəkar biliklər; 
  • Bir neçə tapşırığı eyni zamanda görə bilmək və stress altında işləyə bilmək bacarığı; 
  • Güclü analitik və məntiqi düşünmə bacarıqları; 
  • İşgüzar səfərlərə ezam olunmaq imkanı. 

Vəzifə öhdəlikləri:  

  • Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);  
  • Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması; 
  • Xüsusi proqram vasitəsi ilə (Primavera P6) iş həcmi və son tarixləri əhatə edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması; 
  • Tender sənədlərinin hazırlanmasında iştirak etmək;  
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi; 
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün inşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;  
  • İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;  
  • Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət; 
  • Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması; 
  • Pul axını üzrə analiz və proqnozların hazırlanması.   

İş şərtlərimiz:

  • Əmək haqqı: 2000-2500 AZN;  
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.   

Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 28\30 (21 nömrəli məktəbin yaxınlığı).    

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Planlama mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.