Təmirə dayanma işləri üzrə aparıcı mühəndis

İşin təsviri

Vəzifənin məqsədi:

Planlaşdırılmış əsaslı təmir zamanı təqdim edilmiş iş həcmlərini, iş addımlarını və digər sənədləri yoxlamaq, planlaşdırılmış əsaslı  təmirin təşkil edilməsi üçün lazımı sənədlərin hazırlanması və sahədə tətbiqini izləmək, sahədən toplanmış olan məlumatların proqresini yoxlamaq və lazımi araşdırmaların aparılmasını təmin etmək.

Vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş və hazırlanmış olan iş həcmlərinin müzakirəsi və təsdiqlənməsi həyata keçirmək;
  • Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş iş həcmlərinə uyğun olaraq hazırlanmış olan iş addımlarını (iş planı) yoxlamaq və uyğunluğunu təsdiqləmək;
  • İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısını yoxlamaq, uyğunluğunu təsdiqləmək və aidiyyəti şöbələrə yönləndirmək;
  • Planlaşdırılmış əsaslı təmir zamanı podratçı tərəfindən görüləcək olan servis işləri üçün texniki şərtnaməni hazırlamaq və aidiyyəti şöbələrə yönləndirmək;
  • Planlaşdırılmış əsaslı təmir üçün sifariş edilmiş ehtiyat hissələri, mal-material və servis xidmətlərinin gedişatını izləmək;
  • İş həcmləri təsdiq edildikdən sonra “ gecikmiş və əlavə işlər ” in izlənməsi və proqres hesabatlarının hazırlanmasını təmin etmək;
  • Sahədən təqdim edilmiş “ iş metod” larını izləmək və proqres hesabatlarını hazırlamaq;
  • İş addımlarına uyğun olaraq Plan- Proqramın və proqres əyrisini yoxlamaq və hesabat hazırlamaq;
  • İş prosesləri zamanı plan proqramda işin gedişatına nəzarət etmək və görüləcək işlərin plana uyğunluğunu təmin etmək və hazırlanmış olan günlük proqres hesabatını yoxlamaq, hesabatı aidiyyəti rəhbərliyə və şöbələrə göndərmək;
  • Planlaşdırılmış əsaslı təmir zamanı mütəmadi olaraq plan proqram üzərindən sahə komandasına gecikmələr və ya irəliləmələr barəsində məlumatlandırmaq;
  • Təmir zamanı işlərin gedişatına dəstək olmaq üçün öncəki planı hazırlayıb sahəyə təqdim etmək;
  • Təmirə hazırlıq işlərini təşkil etmək və təmirin başlamasına qədər bütün hazırlıq işlərinin bitməsini təşkil etmək;
  • Təmirin sonunda planlaşdırılan və reallaşan iş həcmlərini plan proqram üzərində analiz edib uyğunsuzluqlar barəsində hesabat hazırlayıb təqdim etmək;
  • SAP proqramında yaradılmış olan iş bildiriş və iş sifarişlərini yoxlamaq və təsdiqləmək;
  • Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanmasını təşkil etmək;
  • Planlaşdırılmış əsaslı təmir ilə əlaqədar bütün sənədlərin toplanması və qovluq şəkildə saxlanmasını təşkil etmək;
  • Planlaşdırılmış əsaslı təmir üçün lazım olan günlük, həftəlik və aylıq toplantıların keçirilməsini təmin etmək;
  • İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra etmək;
  • Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək.

Tələblər:

  • Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili;
  • Sənaye sahəsində mexaniki təmir işlərində 3 il iş təcrübəsi olmalı;
  • Sənayedə təmirin planlaşdırılması sahəsində 5 il iş təcrübəsi olmal;
  • Sahədə proqres yoxlanışları aparmaq üçün hündürlükdə və qapalı sahədə işləmək bacarığı olmalı;
  • Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı;
  • İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook);
  • Digər proqramlardan Primavera P6, SAP PM və MM modulu üzrə işləmək bacarığı olmalı;

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Təmirə dayanma işləri üzrə aparıcı mühəndis” yazmaqla  göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 08.08.2023

İşəgötürənin reytinqi