Əməliyyatçı

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 01.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Xüsusi tələblər:

  • Ali təhsil;
  • Microsoft office proqramı ilə işləməyi bacarmaq;
  • Komanda şəklində işləmək bacarığı və stresə davamlılıq;
  • İnsan resursları üzrə kurs və təcrübə proqramında iştirak etməsi arzuolunandır

Vəzifə öhdəlikləri:

  • Struktur vahidləri üzrə iş həcminin artması, xitam, vəzifə dəyişikliyi və digər səbəblərlə daxil olan işçi tələb sorğularına əsasən əmrləri tərtib etmək, təsdiqi prossesini tənzimləmək;
  • Vakansiyalar üzrə elanların hazırlanması, müvafiq proqramlara daxil edilməsi, elanların müxtəlif mənbələrdə dərc edilməsini təmin etmək;
  • Mövcud vakansiyaları Məşğulluq Alt Sisteminə daxil etmək;
  • Məşğulluq Alt Sistemi üzrə daxil olan sorğuların nəzərdən keçirilməsi, sistemləşdirilməsi, vakansiyalar üzrə sorğuların aidiyyatı işə qəbul əməkdaşlarına yönləndirilməsi və müvafiq rəyləri sistemə daxil etmək; 
  • İşə qəbulu həyata keçirilmiş vakansiyalar üzrə məlumatları proqrama daxil etmək;
  • Yeni yaradılan vəzifələrin vəzifə təlimatları, tələbləri, iş qrafikləri və digər iş şərtləri üzrə sorğuları həyata keçirmək və müvafiq sənədləşməni təmin etmək;

Müvafiq   tələblərə  uyğun  olan namizədlər CV-lərini  mövzu  hissəsində - “Əməliyyatçı” qeyd etməklə göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

İşəgötürənin reytinqi