İşin təsviri
                
                
                                
                Ümumi vəzifə öhdəlikləri:
	- Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xəttlərinə nəzarət etmək;
 
	- Elektrik enerjisinin istehsal ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək monitorinq etmək;
 
	- Qəza və imtinaların (sıradan çıxma hallarının) təhlilində iştirak etmək;
 
	- Elektrik sisteminin problemlərini müəyyənləşdirmək və onları həll etmək üçün sahə tədqiqatları, qrafiklər, diaqramlar, sxemlər və digər məlumatları hazırlamaq.
 
	- Energetika, elektrik sistemi problemlərini, bu sahədə sahəsində yaranmış nasazlıqları aradan qaldırmaq, təmir etmək;
 
	- Elektrik, yanğın təhlükəsiliyi qaydalarını bilmək, riayət etmək və işçi heyətindən tələb etmək; 
 
	- Elektrik avadanlıqlarındakı nasazlıqları aradan qaldırılmaq;
 
Namizədə qarşı tələblər:
	- Ali təhsil (Elektrik, Elektroenergetika  sahəsində);
 
	- Elektrik, energetika  sahəsində (yüksək və / və ya alçaq gərginliklə iş)  minimum 2 il iş təcrübəsi; 
 
	- Elektrik şəbəkələri, avadanlıqlarla iş təcrübəsi;
 
	- Azərbaycan dili mükəmməl, rus dil i arzuolunandır;
 
	- Yaş həddi: 25 - 50 yaş;
 
	- Peşəkarlıq tələbləri:
 
	- Elektrik şəbəkələri, elektrik avadanlıqları ilə iş, təmir etmək bacarıqı; 
 
	- Dövrə sxemlərini oxuma bacarığı;
 
	- Elektrik çertyojlarını oxuma bacarığı;
 
	- Kompüter diaqnostikasını bilməsi;
 
	- Elektrik avadanlıqlarının istismar qaydalarını bilməsi;
 
	- Elektriklə bağlı təmir və quraşdırma işlərini bilməsi;
 
	- Dəqiqlik, məsuliyyət.
 
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 30 avqust 2023-cü il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Elektrik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.