İşin təsviri
Ümumi vəzifə öhdəlikləri:
- Audit olunan prosesin daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
- Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
- Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan sahənin risk təhlilini həyata keçirmək;
- Proseslərin müvafiq qanunvericilik, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (iqtisadi və ya hüquqi);
- Daxili audit, risklərin idarə olunması, daxili nəzarət və oxşar sahələrdə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili yaxşı səviyyədə arzuolunandır;
- Excel proqramında işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Auditor/Aparıcı auditor şəklində qeyd etməklə 06 avqust 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.