Marketinq mütəxəssisi

  • Unimetal
  • Elanın qoyulma tarixi: 26.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəlikləri:

  • Şirkət tanıtımı məqsədi ilə müxtəlif reklam materiallarının hazırlanması,  yayımlanması və onlara nəzarətin təmin olunması;
  • Şirkətin marketinq planının hazırlanması prosesində iştirak etmək, tövsiyyələrini vermək;
  • Şirkət vebsaytını idarə etmək, ona nəzarət etmək, orada dəyişikliklər olunması və məhsullar haqqında məlumatların SEO-ya uyğun olaraq hazırlanıb əlavə edilməsini təmin etmək;
  • SMM mütəxəssisi ilə işin təşkili və gündəlik tapşırıqların verilməsi, bu fəaliyyətə nəzarətin təmin olunması;
  • Şirkətin sosial media hesablarının idarə olunması, trendləri izləyərək buna uyğun müxtəlif postların paylaşılmasının və burada müştərilərdən gələn sorğuların cavablandırılmasının təmin olunması;
  • Rəqəmsal sahədə (Meta, Linkedin, Google analytics) alətlərin düzgün seçilməsi və idarə olunmasını təmin etmək;
  • Şirkətin korporativ brandbook-una uyğun dizayn vizuallarının hazırlanmasına birbaşa nəzarət etmək;
  • Satış məqsədləri üçün müxtəlif reklam mətnləri hazırlamaq;
  • Media əlaqələrini qurmaq, müsahibə və press-reliz mətnlərinin yazılması və onların yerləşdirilməsinə nəzarət etmək;
  • Şirkətdaxili marketinq məhsullarına (kataloq, flayer, baner, promo və s.) yaranan tələblərə əsasən sifarişləri həyata keçirmək;
  • Şirkətin yerli və xarici sərgilərdə və markanın tanıtımı məqsədi ilə müxtəlif tədbirlərdə iştirakının təşkil olunması;
  • Markanın bazar payını artırmaq üçün araşdırmalar aparmaq və marka tanıtımının müxtəlif kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin etmək;
  • Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparmaq;
  • Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
  • Reklam kanallarının və kampaniyaların analiz edilməsi və analizə əsasən optimizasiyaların aparılması; 
  • Şirkətin bazar payı ilə bağlı lazımi təhlil və araşdırmaların aparılması;
  • Rəqib şirkətlər haqqında təhlil və araşdırmalar aparmaq və yeniliklərdən xəbərdar olunmasını təmin etmək;
  • Düzgün reklam alətlərini seçmək, reklam kampaniyalarını yazmaq, ölçüləbilən reklam nəticələrini analiz etmək;
  • Aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Marketinq fəaliyyəti ilə bağlı olaraq ADRA ilə münasibətlərin idarə olunması;
  • Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan digər tapşırıqları yerinə yetirmək;

Namizədə olan tələblər:

  • Marketinq, biznes idarəçiliyi və ya digər buna yaxın sahə üzrə ali təhsil; 
  • Müvafiq sahədə ən azı 3-illik iş təcrübəsinin olması;
  • SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq;
  • Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
  • Marketinq və bazar araşdırmaları haqqında biliyə malik olması;
  • Yüksək səviyyədə kompüter bilikləri və ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • Azərbaycan dilində səlis ünsiyyət bacarığı, eyni zamanda qrammatik normalara uyğun yazı biliklərinin olması;
  • Rus və ya ingilis dillərini sərbəst bilməli; (hər ikisini bilmək üstünlükdür)
  • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;

İş şəraiti:

  • AR Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə, 6 günlük iş həftəsi;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 800-1000 Azn;
  • Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov 122 A;

Namizədlərdən  CV-lərini "Marketinq işləri üzrə mütəxəssis" başlığı ilə göndərmələri xahiş olunur.