Ofis meneceri

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 26.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair əsas tələblər:

  • Yaş: 21-35 yaş arası;
  • Təhsil: Ali və ya orta ixtisas
  • Cinsi: Qadın;
  • Dil bilikləri: Azərbaycan dili əla, rus dili danışıq səviyyəsi, ingilis dilini bilməsi üstünlükdür;
  • Öyrənmək qabiliyyəti, analitik düşünmə bacarığı, cəld qərar vermək və fəallıq;
  • Ünsiyyət qurmaq, səlis mədəni danışıq qabiliyyəti;
  • Dəqiqlik, dürüstlük və kollektivdə işləmə bacarığı olmalı;
  • Yüksək məsuliyyət, diqqətcil olmaq.

Əsas vəzifə və öhdəliklər:

  • Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, eləcə də telefonla danışıqları sifariş vermək, ümumi mailə gələn e-maillərin cavablandırılması;
  • Şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
  • Ofisə gələn müştərilər və qonaqları qarşılamaq, rəhbərliyə yönləndirmək;
  • Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;
  • Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
  • Tələb olunduqda, dövlət orqanlarına rəsmi məktubları göndərmək;
  • Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə  həmin informasiyanın çatdırılması;
  • İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
  • Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların tərtib edərək rəhbərliyə təqdim etməsi;
  • Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
  • Rəhbərliyin və İR tapşırıqlarını icra etmək;
  • Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə müvafiq yönləndirilməsi; Kuryerlə göndərilməsi;
  • Bütün elektron sənədlərin düzgün və asanlıqla alınmasını təmin etmək, gündəlik tələb olunan sənədlərin scan olması, electron serverə təsnifatına uyğun yerləşdirilməsi;
  • Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;

Şərtlər:

  • AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • Həftə ərzində 6 günlük iş qrafiki;
  • İş qrafiki: növbəli 10:00-19:00;
  • Karyera yüksəlişi imkanı mövcuddur;
  • İR sahəsində təcrübə və inkişaf ;
  • Əmək haqqı 500-600 AZN.

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Ofis meneceri” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər. 

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.