Satınalma üzrə kiçik mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satınalma planının hazırlanması;
  • Təchizatçılarla əlaqələrin qurulması;
  • Satınalma tələblərinin nəzərdən keçirilməsi, satınalma sifarişlərinin hazırlanması və icraası;
  • Bazarın təhlili, tələb olunan malların yerli və xarici bazarda axtarılması, qiymət təklifinin alınması;
  • Alınan malların müvafiq standartlara cavab verməsinin yoxlanılması və ehtiyacların vaxtında təmin edilməsi;
  • Müqavilələrin hazırlanmasında şərtlərin müəyyən edilməsində iştirak edilməsi;
  • Alış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Bilik və səriştəliklər:

  • Proqram bilikləri: MS Office (Word, Excel)
  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili (İngilis dili arzu olunandır);
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Analitik düşünmə, məsuliyyətlilik, aktivlik, təşəbbüskarlıq, problem həll etmə, komanda ilə işləmə;

İş qrafiki: 6 günlük

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq.

Ünvan: Ağşəhər, Mərkəzi Bulvar küç 7

Təhsil: Ali

İş təcrübəsi: Müvafiq sahə üzrə 1-3 il.

Vakansiya ilə maraqlananlar mövzu hissəsində “Satınalma üzrə kiçik mütəxəssis” qeyd edərək öz CV formalarını mail ünvanına göndərə bilərlər.

Son müraciət tarixi 10.08.2023