Satış müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərlə əlaqə qurmaq, şirkətin məhsullarına dair tanıtım etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq məhsul və xidmətlərin tanıtımını və satışını həyata keçirmək. 
  • Göstərilən xidmət səviyyəsinin ölçülməsi üçün müştərilərlə əlaqə qurmaq, geridönüşlər almaq, çatışmazlıqları aradan qaldırmaq üçün şirkətin struktur bölmələrini məlumatlandırmaq. 
  • Bazar araşdırması aparmaq, müştəri təlabatlarını aşkar etmək.
  • Satış dövriyəsinə nəzarət etmək. 
  • Görülən işlər barədə həftəlik aylıq və rüblük hesabatlar tərtib etmək və şirkət rəhbərliyinə təqdim etmək.

Bilik və səriştəliklər:

  • Təhsil: Ali
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 3-5 il. (Elektronika və avtomatlaşdırma sistemləri üzrə olması arzuolunandır)
  • Proqram bilikləri: MS Office (Word, Excel)
  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dili 
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Analitik düşünmə, məsuliyyətlilik, aktivlik, təşəbbüskarlıq, problem həll etmə, komanda ilə işləmə;

Vakansiya ilə maraqlananlar mövzu hissəsində “Satış meneceri” qeyd edərək öz CV formalarını mail ünvanına göndərə bilərlər.