İşin təsviri
Əsas öhdəliklər:
- Qida məhsulları və digər funksional sahələrdən həmçinin digər şirkət fəaliyyətini təmin edən strukturlardan daxil olan satınalma tələblərinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
- Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və gərəkli ehtiyacların müəyyən olunması;
- Hesabatların hazırlanması və analiz olunması.
Tələb olunan bilik və bacarıqar:
- Ali təhsil;
- 4-5 illik analojı iş təcrübəsi;
- Yüksək səviyyədə MS Excel bilikləri;
- Qiymətləndirmə bacarığı;
- Analitik və strateji baxış bacarıqları;
- Yüksək səviyyədə ünsiyyət qabiliyyəti.
Biz nə təklif edirik:
- Bridge Group ailəsinin bir üzvü olmaq;
- Stabil iş qrafiki;
- Şəhərin mərkəzində ofis;
- Mehriban komanda;
Qeyd: İaşə obyektlərində və qida sektorunda təcrübəsi olan əməkdaşlara üstünlük veriləcəkdir.