Baş aşpaz

  • Seaport Catering
  • Elanın qoyulma tarixi: 14.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
  • Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
  • Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
  • Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
  • Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq..
  • Müvafiq ərzaq sifariş etmək 
  • Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək;
  • Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək.

Namizəddən tələblər:

  • Kişi namizəd ;
  • Yaş : 30-55;
  • Catering sistemində baş aşpaz kimi 3-5 il iş təcrübəsi;
  • Müvafiq sahə üzrə peşə təhsili;
  • Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etməli;
  • Milli mətbəx və Türk mətbəxi peşəkar səviyyədə bilməli;
  • Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli;
  • Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
  • İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
  • Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
  • Həftəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq;

İş şəraiti:

  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı : 800-1200 AZN

Qeyd: Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Baş aşbaz” yazıb CV göndərməsi xahiş olunur.