Böyük hüquqşünas

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 13.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Qurumun aiddiyyəti şöbələrinin və tabeliyindəki qurumların hüquqi sorğularına peşəkar şifahi və yazılı cavab vermək;
  • Normativ hüquqi akt layihələrinin, təşkilat-sərəncamverici sənədlərin hazırlanmasında iştirak etmək, hazırlanmış sənədlərə dair peşəkar rəy vermək;
  • Hüquq şöbəsi tərəfindən hazırlanmış müqavilə, protokol və digər sənədləri sistemləşdirmək, onların elektron daşıyıcıda arxivləşdirilməsini təmin etmək və nəzarət etmək;
  • Yerli və xarici şirkətlərlə olan satınalma, əməkdaşlıq, sponsorluq müqavilələrinin və memorandumların hazırlanmasında iştirak etmək;
  • Qurumun adından digər dövlət qurumlarına və şirkətlərə göndərilən məktubların tərtib olunmasını, tərtib olunmuş məktubların yoxlanılmasını təmin etmək;
  • İnzibati, mülki və digər məhkəmə işləri üzrə hüquqi sənədlərinin hazırlanmasında şöbə müdirinə kömək etmək, qurumun məhkəmə işlərinin elektron izlənilməsini təmin etmək və lazım gəldikdə məhkəmədə nümayəndə kimi çıxış etmək;
  • Qurum adından digər dövlət və özəl qurumlarda təmsilçilik;
  • Qurumdaxili və digər qurumlardan daxil olmuş hüquqi sənədlərin ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək.

Namizədə tələblər:

  • Hüquq sahəsində ali təhsil;
  • Azərbaycan və ingilis dillərini əla bilmək (Rus dili arzuolunandır);
  • Xarici müqavilələrlə işləmək bacarığı;
  • Dövlət qurumlarında 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Dövlət hüququ sahəsində biliklər;
  • Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • E-mehkeme.gov.az, e-qanun.az portallarından istifadə etmək üzrə yüksək bacarıqlar;
  • Məsuliyyət, dəqiqlik, məntiqi təhlil etmək və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Normayaratma fəaliyyəti sahəsində təcrübəsi olan şəxslərə üstünlük verilir;

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını “böyük hüquqşünas” qeyd etməyiniz xahiş olunur. CV-ləri göndərməyiniz xahiş olunur.