Maliyyə şöbəsinin aparıcı mütəxəssisi

  • Aztrade
  • Elanın qoyulma tarixi: 12.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətə daxil olan bütün qaimə fakturaların uçotu, təsdiqlərinin alınması üçün menecerlərə ünvanladırılması, hesabatının hazırlanması və proqram təminatında lazımı hesablarda uçotunun aparılması;
  • Qaimə faktura göndərən qarşı tərəflərlə üzləşmənin aparılması, qaimədən əvvəl təqdim olunan marketing xərclərinin hesabatlarının hazırlanması, qaimələrin düzəlişə və ya ləğvə göndərilməsinin səbələrinin araşdırılması;
  • Şəbəkələr və top maqazinlər üzrə həftəlik və aylıq əsasda qalıq borcları barədə hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Şəbəkələr üzrə gecikmiş qaimələrin siyahısının çıxarılması və aidiyyatı şəxslərə təqdim edilməsi;
  • Mənfəət-zərər hesabatının hazırlanması, onunla əlaqədar olaraq bütün işlək faylların hazırlanması (silinmələr, aksiyaların sayılması, vaxtı bitmiş mal hesabatı, kommersiya büdcələri), bütün müxabirləşmələrin proqramda tanıdılması;
  • Qida üzrə bütün portfellərin mal girişi zamanı büdcələrin hesablanması və proqramda maya dəyərlərinə əlavə edilməsi;
  • Qida üzrə bəzi portfellərin büdcə üzləşmələrinin aparılması, lazimi məlumatların hazırlanması;
  • Bəzi şəbəkələr üzrə ödəniş bölgüsünün hazırlanması və mühasibatlığa təqdim edilməsi;
  • Ödəniş üçün nəzərdə tutulan qaimələrin yığılaraq mühasibatlığa təqdim edilməsi;
  • Mağazalar üzrə vadə günlərinin rəhbərin göstərişinə əsasən azaldılıb-artıqılmasını həyata keçirmək;
  • ƏDV balans hesabının qalıqlarının təmizlənməsi, əvəzləşmə edilən məbləğlərin bağlanmasını proqramda həyata keçirmək;
  • Kreditor borclara nəzarət və proqramda qalıqlarının düzəldilməsinin həyata keçirilməsi.
  • Bank kredit faizlərinin hesablanması və portfellər üzrə bölgüsünün verilməsi hesabatı;
  • Paşa Həyat Sığortasına qoşulmuş əməkdaşların ödənişlərinin işlənilməsi və ümumi olaraq administrator funksiyasının icrasının həyata keçirilməsi;
  • Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni həyata keçirməlidir;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir;
  • Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır;
  • Struktur bölmə rəhbərinin həvalə etdiyi digər işləri yerinə yetirir
  • İş saatı həftənin 5 günü 09:00 – 18:00
  • İş yeri Koroğlu metrosu tərəfində yerləşir

Namizədə qarşı tələblər:

  • 1 C (8.3) müəssisə proqramında yüksək səviyyədə işləmək bacarığı 
  • Ali iqtisadi təhsil;
  • Maliyyə və Mühasibatlıq sahəsində 5 il iş təcrübəsi;
  • Mükəmməl səviyyədə Microsoft Office proqramları biliyi;
  • Azərbaycan və Rus dillərində sərbəst danışıq danışıq qabiliyyəti;
  • AR Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsinin tələblərini yaxşı səviyyədə bilməli və işində rəhbər tutmalıdır

Əlaqə:

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.