Sahə rəisi (Şuşa şəhəri)

  • GM Construction
  • Elanın qoyulma tarixi: 11.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Sənaye və mülki tikinti ixtisası üzrə ali təhsil;
  • Yaş həddi 35 – 55 yaş;
  • Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
  • Ezamiyyələrə hazır olmalı;
  • Komandada işləmə və yüksək idarəetmə bacarığı;
  • Məsuliyyət və punktuallıq;
  • MS Office və Autocad proqramında işləmə bacarığı.

Bilməlidir:

  • Tikinti sahəsində müasir texnoloji metodların tətbiqi üsullarını;
  • Tikinti sahəsinin və ya obyektiv istehsalat-təsərrüfat fəaliyyətinin müəyyənləşdirilməsinə aid müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
  • Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilən obyektlərin layihə-smeta sənədlərini;
  • Tikinti-quraşdırma işlərinin icrasına və qəbuluna aid norma və qaydaları, texniki şərtləri;
  • İcra olunan işlər üzrə vahid norma və qiymətləri, əmək haqqının ödənilməsinə aid əsasnamələri;
  • Obyektdə daxili təmir işlərinin norma və tətbiqi üsullarını;
  • İstehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

İş barədə:

  • Layihənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
  • Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir;
  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir;
  • İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsi, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir;
  • Müəyyən edilmiş vaxt ərzində obyektin verilməsi planını və tikinti quraşdırma işlərinin kəmiyyət/ keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini təmin edir;
  • İş icraçıları üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etməklə onların yerinə yetirilməsinə nəzarət edir; 
  • Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlayır, müqavilə şərtlərinə görə işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsini tələb edir, onlardan görülmüş işi təhvil alır;
  • Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edərək müvafiq şöbəyə təqdim edir;
  • Tabeliyində olan işçilər arasında iş bölgüsünü aparır,onların işlərini təşkil edərək nəzarət edir;
  • Tikintidə istifadə olunacaq tikinti materiallarını vaxtında müəyyən edir və zəruri tikinti materiallarının siyahısını təchizat şöbəsinə yönləndirir;
  • Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunması üzrə mütəmadi yoxlamalar aparmaqla sifarişin düzgün verilməsini izləyir;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir.

İş şəraiti:

  • Əmək haqqı müsahibə əsasında təyin ediləcək;
  • İş rejimi: 6 günlük;
  • Yaşayış, qidalanma, yol xərcləri və korporativ nömrə ilə təmin olunma; 
  • İş yeri: Şuşa şəhəri (gələcəkdə rotasiya oluna bilər).

Xüsusi tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.