İşin təsviri
Vəzifə öhdəlikləri:
- Aviabiletlər üzrə daxil olan bütün sorğuları operativ şəkildə icra etmək.
- Rezervasiyada olan dəyişiklik və ləğv edilmiş uçuşlar barədə müştəriləri operativ məlumatlandırmaq.
- Müştərilərə, sorğularına əsasən ən uyğun marşrutları hazırlayıb təqdim etmək.
- Bütün növ biletləri dəyişdirmək və ləğv etmək.
- Səyahət marşrutları və müştərilərin şəxsi məlumatları ilə bağlı məxfilik tələblərinə riayət etmək.
- Gündəlik satışlar üzrə hesabatlar aparmaq və onları qüsursuz şəkildə müvafiq məlumat bazasına daxil etmək.
Tələblər:
- Aviabilet satışı üzrə minimum 2 il peşəkar təcrübə (Amadeus)
- Amadeus üzrə sertifikat tələb olunan, Galileo və Sirena üzrə sertifikat arzuolunandır
- Azərbaycan, İngilis, Rus dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- MS Office (Word, Excel) proqramlarından istifadə bacarığı
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı
İş şəraiti:
Tələblərə cavab verən namizədlərdən mövzu yerində vakansiya adını qeyd etməklə CV-lərini 10.08.2023-cü il tarixinə qədər göndərmələri xahiş olunur.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.