Bölgü üzrə kiçik mütəxəssis

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 10.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Gündəlik olaraq daxil olan sorğular əsasında sistem üzərindən mağaza vitrinlərinin, mağaza anbarlarının, regional anbarların lazım sayda məhsulla təmin olunmasının icrası;
  • Gündəlik olaraq daxil olan sorğular əsasında sistem üzərindən məhsulların mağazalar və anbarlar arası yerdəyişmə əməliyyatlarının icrası;
  • Yeni açılan mağazalar üçün məhsulların sistem üzərindən rezerv olunması, eləcə də bağlanan mağaza qalıqlarının anbara və ya mağazalara yerdəyişmə edilməsi;
  • Sorğu əsasında müştəri məhsullarının sistem üzərindən mağaza və anbarlar arası yerdəyişmə edilməsi;
  • Məhsul üzrə menecerlərin sorğusu əsasında təchizatçıya geri qaytarılmalı olan məhsulların sistem üzrə geri çəkilməsi;
  • Bölgü zamanı aşkar olunan uyğunsuzluqlar barədə aidiyyəti şöbələri, əməkdaşları məlumatlandırmaq;
  • Gündəlik olaraq gözləmə qalıqlarının yoxlanması, məhsulların gözləmə qalığında təyin olunan vaxtdan çox qalmamasına nəzarət edilməsi;
  • Marketing, təlim və s. şöbələrdən daxil olan sorğular əsasında məhsulların müvafiq daxili istifadə qalıqlarına yerdəyişmə edilməsi;
  • Görülən işlə əlaqəli şirkətdaxili şöbə və bölmələrlə məlumat və sənəd mübadiləsinin təşkili;
  • Rəhbərin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.

Tələblər:

  • Ali təhsil (İqtisadi, İdarəetmə, Texniki sahələr üzrə arzu olunandır);
  • Anbar əməliyyatları üzrə nəzəri və praktiki biliklər;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
  • MS Offis proqramlarını sərbəst istifadə etmə bacarığı;
  • Punktuallıq və detallara diqqət etmə bacarığı;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişlərinin olması;
  • Riyazi, məntiqi biliklər;
  • Analitik düşünmə, təhliletmə qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığı;
  • Sərbəst qərar verə bilmə bacarığı;
  • Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, ədalətlilik.

İş şəraiti:

  • İş qrafiki: I-VI günlər

İşəgötürənin reytinqi