Satış meneceri

  • Peugeot Company
  • Elanın qoyulma tarixi: 09.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas məsuliyyətlər:

  • Fəal şəkildə yeni müştərilərin cəlb edilməsinə və mövcud müştərilərlə əlaqələrin saxlanmasına və genişləndirilməsinə, yeni işgüzar əlaqələrin yaradılmasına görə cavabdehlik daşımaq;
  • Peugeot satış heyətinə rəhbərlik etmək və motivasiya etmək;
  • Satış prosesinə əməl olunmasını və səmərəli olmasını təmin etmək;
  • Salona daxil olan hər bir müştəriyə özəl xidmət göstərilməsini təmin edərək, satış prosesinə uyğun avtomobillər haqqında tam, hərtərəfli məlumatlar verilməsinə, müştəri üçün uyğun olan məhsulun təklif edilməsinə və satıldığı təqdirdə satış prosesini davam etdirilməsinə və prosesin başa çatdırılmasına nəzarət etmək;
  • Şirkət üçün gəlir əldə edə bilmək və müştərilərin sayını artırmaq məqsədilə qarşıya qoyulmuş hədəfə çatmaq və hədəfi aşmağa səy göstərmək;
  • Şirkətin müştəriləri haqqında bütün vacib məlumatları özündə əks etdirən məlumat bazasını hazırlamaq;
  • Müştəri təlabatını öyrənmək, avtomobil bazarında gedən prossesləri izləmək, müştəri tərəfindən edilən təklif və iradları nəzərə alıb, təhlil etmək;
  • Satış heyəti ilə birgə satış hesabatlarını (günlük - həftəlik - aylıq - illik) hazırlamaq.

Əsas bacarıqlar/Keyfiyyətlər:

  • Azərbaycan, ingilis (mütləqdir), rus (mütləqdir) dillərində səlis ünsiyyət qurmaq (danışıq, yazmaq, oxumaq) bacarığı mütləqdir.
  • Daha öncə avtomobil sahəsində satış mütəxəssisi və ya aparıcı menecer kimi iş təcrübəsinin olmasına üstünlük verilir.
  • Əla inandırıcı şifahi ünsiyyət bacarığına malik olması önəmlidir.
  • Avtomobil sahəsi və nəqliyyat vasitələrinin texniki aspektləri haqqında təməl biliklərinin olması zəruridir.
  • Müştəri məmnuniyyətini qorumaq üçün işində təmkinli olmasına üstünlük verilir.

İş qrafiki : Bazar ertəsi - Cümə 10:00 -18:00, Şənbə : 10:00 - 15:00

Əmək haqqı namizəddən asılı olaraq dəyişir.

Bu vəzifəni yerinə yetirmək üçün lazım olan bacarıqlara, təcrübəyə və yanaşmaya malik olduğunuzu düşünürsünüzsə, zəhmət olmasa qeyd olunan elektron poçt vasitəsilə (mövzu hissəsində “Satış meneceri” qeyd etmək) müraciət edin.