Korporativ satış mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət məhsullarının mövcud satışını analiz etmək, satışın artırılması üçün yeni layihələrin , satış kanallarının hazırlanıb təqdim edilməsi;
  • Daxili bazarda evlərə çatdırılma xidmətinin artırılması planının hazırlanması;
  • İllik və aylıq hədəflərin müəyyənləşdirilməsi, bunun əsasında rəhbərliyə təqdimatın həyata keçirilməsi;
  • Müvafiq satış şöbəsinin işini təşkil etmək, və çatdirilma heyyətinə müvafiq tapşırıqları vermək;
  • Hədəf əsasında satış nümayəndələrinin iş bölgüsünün həyata keçirilməsi, satış planının hazırlanması;
  • Mövcud müştərilər bazasının qorunub saxlanılması, genişləndirilməsi yolunda tədbirlərin həyata keçirilməsi;
  • Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
  • Müştərilən ehtiyac meyarlarının müəyyən edilməsi, sorğuların təşkili əsasında problemlərin müəyyən edilməsi, baş verən problemlərə qarşı operativ həll yollarının təşkil edilməsi;
  • Yeni satış nümayəndələrinin işə alımının həyata keçirilməsində birbaşa iştirak etmək;
  • Satış nümayəndələrinin ərazilər üzrə bölgüsünün həyata keçirilməsi;
  • Komandanın performansını izləmək və onları hədəflərə çatmaq üçün motivasiya etmək;
  • İşçilərin təlim ehtiyacının müəyyən olunması, daha keyfiyyətli xidmətin həyata keçirilməsi üçün İR şöbəsi ilə geniş əməkdaşlıq;
  • Satış rəqəmlərinin tərtibi və təhlili;
  • Rəqib şirkətlər və onların təqdim etdiyi məhsulları araşdırılmasını mütəmadi həyata keçirmək;

Tələblər:

  • Bisnesin idarə edilməsində ali təhsil
  • Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı
  • Azərbaycan və rus dillərində səlis danışıq,  ingilis dilini bilmək üstünlükdür;
  • MS office proqramlarını yüksək səviyyədə bilməli
  • Komanda şəklində işləməyi bacarmalı 
  • Təhlil və analiz etmə qabiliyyəti
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Analitik yanaşma qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə bacarığı
  • İşlə bağlı ölkə daxilində ezamiyyətə getməyə hazır olmaq;

İş rejimi və digər şərtlər:

  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
  • İstirahət günləri: şənbə və bazar;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Ziya Bünyadov pr. 20/61 Dərnəgül Tikinti Sənayesi

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mail ünvanına mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” qeyd edərək göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi

Gədəbəy Mineral Suları MMC tərəfindən digər vakansiyalar