Biznes proseslərin idarə olunması şöbəsinin rəhbəri

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 07.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Biznes proseslərinin yerinə yetirilməsi ilə bağlı peşəkar ölçmə və monitorinq, eləcə də rəyin verilməsi;
  • Şirkətin strateji biznes məqsədlərinə nail olmaq üçün biznes proseslərinin müəyyən edilməsi və yaradılması;
  • Biznes problemlərinə innovativ həllərin yaradılmasına yönəlmiş məqsədlərin və proseslərin icra edilməsi;
  • Biznes prosesindən əldə edilən nəticələrə müsbət təsir göstərmək məqsədi ilə yeniliklərin gətirilməsi;
  • Şirkətin öz biznes məqsədlərinə nail olmaq üçün ümumi fəaliyyətinin təkmilləşdirilməsi;
  • Proses çərçivəsində məlumatların toplanılması və bu məlumatların şirkətin inkişafı üçün tətbiq edilməsi;
  • Şirkətin biznes proseslərinin optimallaşdırılması üçün digər struktur bölmələrinin əməkdaşları ilə iş birliyinin təmin edilməsi;
  • Şirkətin biznes proseslərinin yaxşılaşdırılması istiqamətində bazardakı istənilən dəyişikliyə sürətli reaksiya verilməsi;
  • Şirkətin iş prosesində hər hansı bir qüsurun aşkarlanıb aradan qaldırılması və həmçinin yüksək keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi – 3 ildən;
  • Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
  • Visio, Microsoft Project ilə işləmə bacarığı;
  • BPMN v 2.0 və UML üzrə biliklər;
  • Analitik düşünmə qabiliyyəti.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

İşəgötürənin reytinqi