Texniki ofis mühəndisi

  • Ramco CJSC
  • Elanın qoyulma tarixi: 07.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:   

  • Mühəndislik sahəsi üzrə ali təhsil;  
  • Texniki şöbədə minimum 5 il iş təcrübəsi; 
  • İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, AutoCAD);  
  • Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, həmçinin tikinti istehsalının texnologiya və təşkilini, habelə sahədə işin planlaşdırılması prinsiplərini bilməli;  
  • Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli; 
  • Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmalı; 
  • Dil bilikləri: Azərbaycan və rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (üstünlükdür); 
  • Yaxşı ünsiyyət qura bilmək bacarığı, analitik qabiliyyət; 
  • Ezamiyyətlərə hazırlıqlı olması;  
  • Müstəqil iş bacarığı,işində məsuliyyətlilik.  

Vəzifə öhdəlikləri:  

  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi;  
  • Yol-inşaat materialların, konstruksiyaların və məmulatların araşdırılmasını təmin etmək; 
  • Materialların qəbul olunmasını və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil etmək; 
  • Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edilməsi; 
  • Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək, obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması,layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi;  
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;  
  • Layihə üzrə görulən işlərin iş planının hazırlanması, layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi;  
  • Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı;  
  • Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi;  
  • Qiymətləndirmə üçün hesabatların aparılması;    
  • Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirilməsi.  

İş şərtlərimiz:

  • Əmək haqqı: 2000 AZN;  
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.   

Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 28\30 (21 nömrəli məktəbin yaxınlığı).      

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki ofis mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.