B2B satış mütəxəssisi

  • Ferrum Capital
  • Elanın qoyulma tarixi: 06.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil;
  • 21-29 yaş aralığı;
  • Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
  • Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli  və özünü təkmilləşdirməyə meyilli olmaq;
  • Ünsiyyət  və inandırma bacarığının olması;
  • Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
  • Hədəf yönümlü olmaq;
  • Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
  • Satış sahəsi üzrə karyera qurmağı planlamaq.

B2B satış mütəxəssisi nə iş görür?

  • Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
  • Qoyulmuş hədəflərə əsasən faktorinq xidmətlərinin satışı və müştəri portfelinin böyüdülməsi;
  • Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
  • Bazar araşdırmalarının aparılması, yeni satış kanallarının formalaşdırılması;
  • Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin hazırlanması, həmçinin çarpaz-satış imkanlarının inkişaf etdirilməsi;
  • Şirkətin satış həcminin artırılması;
  • Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması.

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki: 09:30 – 18:30

Zəhmət olmasa CV-nizi mövzu hissəsində B2B satış mütəxəssisi qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi