SPA və İstirahət şöbəsində Massajçı (Therapist)

İşin təsviri

Əsas öhdəliklər: 

  • Massaj otağına qonaqları qəbul edir, onlar barəsində zəruri məlumatları (travmalar, xəstəliklər, həkimin təyinatı (fitness-təlimatçısının), əks göstərişlər, məqsəd və s.) öyrənir;
  • Massajın tipini və növünü müəyyən edir;
  • Sertifikatlaşdırılmış massaj avadanlığı və inventardan istifadə edir, massaj avadanlığını və inventarını massaj seansı üçün hazırlayır;
  • Massaj seansını (ümumi sağlamlıq, idman, anti-sellülit,klassik,aromaterapiya,ekzotik,kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirir;
  • Qonağın “problemli” yerlərini müəyyənləşdirir və seqment massajı edir;
  • Qonaqlara özünü-massaj etmək imkanları və digər peşəkar məsələlər barəsində tövsiyyələr verir;
  • Qonaqlardan öyrəndiyi məlumatların konfidensiallığını təmin edir;
  • Massaj otağında zəruri təmizlik və səliqəni təmin edir; Massaj sahəsində yerli və xarici təcrübəni öyrənir,həmçinin öz ixtisasını sistematik olaraq artırır;
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirir

Tələblər:

  • Azərbaycan dili mükəmməl səviyyədə
  • Rus dili əla səviyyədə
  • Səlis danışıq qabiliyyəti
  • Analoji sahədə ən azı 1 il iş təcrübəsi (4 və 5 ulduzlu otellərdə iş təcrübəsinə üstünlük verilir);
  • Enerjili,punktual,məsuliyyətli,kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
  • Mehriban və kollektiv ilə birgə işləmə bacarığının olması
  • Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olması

İş haqqında məlumat:

  • İş yeri: “Bilgah Beach Hotel”, Bilgəh qəsədəsi, Qələbə küçəsi 94, AZ 1122;
  • AR Əmək Məcəlləsi-nə uyğun işə qəbul;
  • 5 günlük iş həftəsi, həftə içi 2 istirahət günü. İş cədvəli dəyişkən qrafik əsasında
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur (Koroğlu metrosu – Bilgah Beach Hotel - Koroğlu metrosu);
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İcbari və könüllü tibbi siğorta;
  • Əmək haqqı haqqında ətraflı məlumatları müsahibə zamanı bildirilir. 

Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü hissəsinə "Spa və İstirahət şöbəsində Massajçı (Therapist)" qeyd edərək göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi: +994 51 225 89 59

Bilgah Beach Hotel tərəfindən digər vakansiyalar