İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyət istiqaməti üzrə illik audit planının, strategiyanın və praktiki audit proqramının hazırlanmasında iştirak edir;
- Risk reyestrinə əsaslanmış audit yoxlaması zamanı aşkar edilən məsələləri müzakirə edir və müvafiq qaydada həll yolları təklif edir;
- İllik audit planında audit olunmalı fəaliyyətlərin müəyyən olunmuş vaxt çərçivəsində yoxlamasını həyata keçirir və aşkarlanmış nöqsanların müvafiq meyarlara əsaslanaraq dərəcəsini təyin edir;
- Yoxlamaların həyata keçirilməsi zamanı audit rəylərini sənədləşdirir;
- Audit sahəsində beynəlxalq təcrübənin araşdırılması və Agentliyin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verir;
- Özündən aşağı vəzifədə çalışan şöbə əməkdaşları tərəfindən hazırlanmış hesabat və arayışları nəzərdən keçirib rəy və təkliflər verir;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Tələblər:
- Ali təhsil (audit, hüquq və ya iqtisadiyyat ixtisasları üzrə);
- Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 4 il iş stajı;
- “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununu bilməsi;
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu bilməsi;
- Beynəlxalq Mühasibat Uçotu Standartlarını bilməsi;
- Beynəlxalq Daxili Audit standartlarını bilməsi;
- Risklərin idarə edilməsi haqqında biliklərə malik olması;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Ofis proqramlarında işləmə bacarığı;
- Azərbaycan dilini səlis və ingilis dilini orta səviyyədə bilməsi.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Daxili audit və nəzarət şöbəsi – Baş Mütəxəssis) qeyd edin.
Vakansiya üzrə müraciətin son müddəti: 31 iyul 2023-cü il.