Bazar Riskləri və Risk Hesabatlığı Şöbəsinin Baş Mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 04.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Bankda risklərin idarə edilməsi ilə bağlı requlyativ normaların və bankın risk iştahası ilə müəyyən olunmuş kredit, bazar və likvidlik riskləri üzrə limitlərə nəzarət edilməsi;
  • Müxtəlif ssenarilər üzrə risk yönümlü simulyasiyaların hazırlanmasında iştirak edilməsi;
  • Likvidlik və bazar riskləri üzrə ssenari analizlərin aparılması;
  • LCR, NSFR, ani likvidlik göstəricilərinin hesablanması, ödəniş müddətlərinin bölgüsü və likvidlik qəpi kimi təhlillərin aparılması;
  • Likvidlik, bazar və kredit riskləri üzrə ümumiləşmiş hesabatların hazırlanması;
  • Faiz dərəcəsi riskinin qiymətləndirilməsi və modellərin yenilənməsində iştirak edilməsi.

Tələblər:

  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Praktiki Excel bacarıqları;
  • SQL və ya Python-da proqramlaşdırma təcrübəsi
  • Tableau-da işləmək bacarıqları arzuolunandır;
  • CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;
  • İngilis dili biliklərinin olması mütləqdir, rus dili bilikləri arzuolunandır.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz

İşəgötürənin reytinqi