Büdcə və xərclər üzrə nəzarətçi

  • Star Mining LLC
  • Elanın qoyulma tarixi: 03.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Yaş həddi:28-40
  • Ali təhsil (maliyyə, iqtisadiyyat);
  • 3 illik analoji iş təcrübəsi
  • Büdcə proseslərinin idarə edilməsi və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər
  • Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
  • Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır);
  • MS Office proqramları üzrə biliklər ;

Vəzifə təlimatı:

  • Şirkət tərəfindən çəkilmiş bütün xərclərin təsdiq olunmuş Büdcə ilə bərabər olmasını yoxlamaq
  • İllik büdcə prosesinə, o cümlədən büdcənin fəaliyyət və kapital xərclərinin və pul vəsaitlərinin proqnozlaşdırılması da daxil olmaqla, dövriyyə kapitalının idarə olunması üzrə tələblərinin bütün aspektlərinin hazırlanmasına nəzarət etmək
  • Audit hesabatları da daxil olmaqla, Maliyyə şöbəsi tərəfindən verilmiş bütün aylıq maliyyə hesabatları, xərclər üzrə hesabat, büdcə və proqnozlaşdırma hesabatlarının düzgünlüyünə nəzarət etmək. Müntəzəm olaraq aylıq sınaq balansını gözdən keçirmək
  • Maliyyə sistemlərinin səmərəli şəkildə fəaliyyət göstərməsi üçün sistemin idarə olunmasına nəzarət etmək və mövcud maliyyə sisteminin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən prosedurların inkişafına dəstək vermək. Mühasibat uçotu və inzibati nəzarətə baxış keçirilməsində iştirak etməklə daxili və xarici auditləri dəstəkləmək.
  • Maliyyə funksiyasının daxili siyasəti və prosedurların qiymətləndirilməsi və qayda və prosedurların ən yaxşı təcrübəyə uyğunlaşdırılıması üçün dəyişikliklər etməklə bağlı tövsiyələr vermək
  • Maliyyə hesabatı sistemi, mühasibat uçotu və investisiya fəaliyyəti və biznes proseslərinin qiymətləndirilməsi və ERP sistemin imkanları və nəzarət mexanizmlərinin yaxşılaşdırılması məqsədilə prosedurlar, əməliyyat sistemləri, büdcə və digər maliyyə nəzarət funksiyalarının dəyişdirilməsi üçün tövsiyələr vermək
  • Məhsulun vahid dəyərinin təhlilinə nəzarət etmək və xərclərin azaldılması ilə bağlı olan sahələri müəyyənləşdirmək və məsləhət vermək
  • Şirkətinin maliyyə müdiri tərəfindən müəyyənləşdirilmiş digər vəzifələri yerinə yetirmək

İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.

Nahar şirkət tərəfindən verilir.

İşə qəbul əmək məcəlləsinə uyğun aparılır.

Uyğun namizədlər CV formalarını mail-na mövzu yerində “Büdcə və xərclər üzrə nəzarətçi” qeyd edərək göndərə bilərlər.