Nəqliyyat üzrə menecer

  • Zəhmət-Ruzi MMC
  • Elanın qoyulma tarixi: 25.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Avtoparkın idarə olunmasını təşkil etmək;
  • Avtoparkın idarə olunması üçün gərəkli müqavilələrin bağlanmasını və ödənişlərin edilməsini təmin etmək;
  • Sürücülərə və nəqliyyat vasitələrinə aid hesabatları və reyestrlərini hazırlamaq;
  • Şirkətə gərəkli olan nəqliyyat vasitələri və texnikaların tələb olunduǧu halda satın alınması, zərurət yarandıǧı halda isə planlamaya uyǧun olaraq icarəsini təmin etmək;
  • Gündəlik DYP-dən gələn cərimələri araşdırmaq, cərimələri elektron portalda qərarlaşdırıb ödənilməsini təmin etmək;
  • DYP ilə baǧlı bütün məsələlərdə problemlərin həll edilməsini təmin etmək;
  • Nəqliyyat vasitələrinin DYP-də sənədləşməsini təmin etmek;
  • Nəqliyyat vasitələrinin istismarı zamanı yaranan maneəlerin (DYP, BNA və s.) aradan qaldırılmasını təmin etmek;
  • Nəqliyyat vasitələrinin sıǧortasının, reklam sənədlərinin, fərqlənmə nişanlarının, texniki baxışlarının zamanında təmin edilməsini təmin etmek;
  • Yol vərəqələrinin yazılması və digər sənədləşmə işlərini təmin etmek;
  • GPS proqramı ilə nəqliyyat vasitələrinə nəzarəti təmin etmek;
  • Nəqliyyat vasitələrinə zəruri olan (yanǧınsöndürən balon, tibb çantası, təmir avadanlıqları və s) əşyaların daima saz və yeni vəziyyətdə olmasını təmin etmək;
  • Xidməti yazıların yazılması, sürücü tərəfindən nəqliyyat vasitələrinə dəyən ziyanın qeydiyyata alınıb, aidiyyəti struktur bölməyə göndərilməsini təmin etmək;
  • Nəqliyyat vasitələrinin təmiri, bərpası və texniki qulluğu kimi işləri təmin etmək;
  • Xidmət göstərən servislərlə aylıq üzləşmələri təmin edərək ödənişlərə dəstək olmaq;
  • Təmiri mümkün olmayan detalların sifariş olunmasını təmin etmək;
  • Nasaz maşınlar haqqında gündəlik üst rəhbərə məlumat vermək.

Bilik və bacarıqlar:

  • 1C proqramı və MS Excel bilikləri;
  • web.smsradar.az və portal.com.az saytlarından istifadə bacarığı;
  • Nəqliyyat və ehtiyyat hissələri barədə anlayış;
  • Logistika və avtoparkın idarəolunması sahəsində təcrübə;
  • Analitik və strateji baxış bacarıqları;
  • Yüksək səviyyədə ünsiyyət qabiliyyəti.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • PASHA Həyat Yığım sığortasına qoşulma imkanı;
  • Mobil nömrə və danışıq limiti.

İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri

İş təcrübəsi: Analoji sahədə ən azı 2 il

Təhsil: Ali (Maliyyə, İqtisadiyyat, Biznesin İdarəolunması və ya digər əlaqəli sahədə)  

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Nəqliyyat üzrə menecer” yazmaqla CV göndərərək müraciət edilir.

İşəgötürənin reytinqi