Smeta Mühəndisi

İşin təsviri

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • Tender təklifinin hazırlanmasında birbaşa iştirak etmək; 
  • İş həcmlərinin layihəyə uyğunluğunu yoxlamaq;
  • Layihənin smetası, çertyojları və spesifikasiyaları ilə tanış olmaq;
  • İnşa olunan obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən tikinti-quraşdırma işlərinin icrası üçün verilməsini təmin etmək;
  • Layihə təşkilatlarından lahiyə sənədlərini qəbul etmək və onlarla birlikdə bu sənədləri müzakirə etmək;
  • Lahiyə təşkilatlarının tərtib etdiyi smeta sənədlərinin düzgünlüyünü, qüvvədə olan normativ sənədlərə uyğunluğunu yoxlamaq;
  • Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  •  Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
  • Tikinti- quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsində iştirak etmək;
  • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklər etmək;
  • Layihə-smeta sənədlərini müvafiq strukturlarla razılaşdırmaya hazırlamaq;
  • Smeta sənədlərinin uçotunu aparmaq, smeta - maliyyə hesablamalarını sistemləşdirmək;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;

Tələblər: 

  • Ali təhsil (İnşaat fakültəsi/ İnşaat mühəndisi);
  • Sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarına bələd olmaq;
  • Müvafiq işlər üzrə kalkulyasiyaların, hesabatların tərtib olunması və yoxlanılması qaydalarını bilmək;
  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi; 
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • Layihə və tikinti-iqtisadi hesablamaların aparılması üzrə biliklərə malik olmaq;
  • Komandada və fərdi şəkildə sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
  • Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması. (Regionlara və xarici ölkələrə ezamiyyətə getmək imkanı olmalıdır.)
  • Yüksək kompüter bacarıqları (Microsoft Office, AutoCAD); 
  • Azərbaycan və rus dillərini yazılı və şifahi şəkildə əla səviyyədə bilmək (ingilis dili arzuolunandır);

Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən mövzu yerinə vəzifənin adını Smeta Mühəndisi göstərin.