Marketoloq (SMM)

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətin gördüyü təmir, tikinti dizayn işlərinin izlənməsi, marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi.
  • Tikinti şirkətinin təqdim etdiyi xidmət satışının artırılması istiqamətində yeni kampaniyaların hazırlanması və icrasının təşkil edilməsi.
  • Marketinq araşdırmaları zamanı əldə edilən nəticələrin təhlili, və nəticələr əsasında təkliflərin hazırlanması.
  • Marketinq və reklam işinə gündəlik operativ nəzarət.
  • Sosial media hesabları və platformaları (Facebook, Instagram, Twitter,Youtube, Linkedin və s.) ilə işləmək, sosial media hesablarını idarə etmək.
  • Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontent hazırlamaq və sosial mediada paylaşılmasını təmin etmək.
  • Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq, idarə etmək.
  • Bütün SMM kanallarına nəzarət etmək.
  • Bütün rəqəmsal mediada (Facebook, Instagram, Twitter, Linkedin, Youtube, Forum, Blog və s.) ünsiyyət strategiyalarına uyğun olaraq mövcud məzmun paylaşımını təşkil etmək, platformalarda reklam yayımlamaq, reklamları optimallaşdırmaq və müvafiq hesabat vermək.
  • Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və sərbəst işləməyi bacarmaq.
  • İdarə olunan səhifələrin nümayəndələri ilə danışıqlar aparmaq.
  • Aylıq post-plan və hesabatları hazırlamaq.
  • Bazardakı trendlərin, rəqiblərin və bazar payının analizini hazırlayıb təqdim etmək
  • Müştəri davranışlarını tədqiq etmək.
  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirmək

Tələblər:

  • Marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
  • Sosial media, Copywriter sahəsində biliklər və ən azı 3 il iş təcrübəsi; xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
  • Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
  • Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
  • Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı;
  • Eyni vaxtda bir neçə layihəni məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı;
  • Gündəmi izləmək, analiz etmək və yüksək araşdırma aparmaq qabiliyyəti;
  • Windows, iOS əməliyyat sistemlərində, dizayn proqramı və əlavələrində işləmək bacarığı;

Tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, mövzu hissəsində vakansiya başlığını qeyd etməklə CV-lərini email ünvanına yönləndirsinlər.

Capital Construction tərəfindən digər vakansiyalar