Tender üzrə mütəxəssis

  • Puva Construction
  • Elanın qoyulma tarixi: 23.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender üzrə tələb olunan sənədlərin "Dövlət satınalmaları haqqında" AR qanunvericiliyə uyğun hazırlanması;
  • Tender prosesi zamanı şirkətin təmsil olunması;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq;
  • Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;

Namizədə olan tələblər:

  • Ali təhsil.
  • Azərbaycan və rus dilini bilməsi;
  • Müvafiq sahədə minimum 3  il iş təcrübəsi;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; 
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Tikinti sahəsi barədə məlumatlı olması;
  • Yüksək riyazi-analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti,
  • Problemləri həll etmək bacarığına malik olmaq;

 

İş qrafiki:

  • 5 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı: 1 000

Əlaqə nömrəsi: Şadiman +994 51 230 94 55