Hüquq məsləhətçisi ( Gəncə filialı )

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 28.07.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Bankın “Gəncə” filialının hüquq məsləhətçisi

Əmək haqqı:
Kiçik mütəxəssis: 600 AZN
Mütəxəssis: 800 AZN

İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi - Cümə

Şəhər: Gəncə

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

(Vakansiya üçün qoyulan tələblərə cavab verməyən namizədlərlə əlaqə saxlanılmayacaq)

• Ali hüquqi təhsil;
• Azərbaycan dilində səlis, mükəmməl danışıq qabiliyyəti (Rus və İngilis dilini bilənlərə üstünlük veriləcək)
• Kompüter bilikləri: Microsoft Office 2007, Microsoft Windows 7
• Təsərrüfat subyektlərin kommersiya fəaliyyətinin hüquqi təminatı sahəsində ən azı 02 (iki) il iş təcrübəsinin olması;
• Azərbaycan Respublikasının qanunvericilik və normativ - hüquqi aktlarını bilməsi;
• Azərbaycan Respublikası mülki, mülki - prosessual, əmək, inzibati və vergi hüququnun əsaslarını bilməsi;
• Kargüzarlığın əsaslarını bilməsi;
• Mülki - hüquqi əqdlərin bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
• Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
• Bankda hüquqi işin, o cümlədən məhkəmə işlərini aparma təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək;

İŞİN TƏSVİRİ:

• Məhkəmə, dövlət hakimiyyət və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
• Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanılması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanılması;

• Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrin hazırlanılması, bankın kontraqentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə bankın hüquq və mənafelərinin qorunması, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan dəyişikliklərin edilməsi;
• Hüquq məsləhətçisinə viza qoymaq üçün təqdim edilən və bank tərəfindən bağlanması nəzərdə tutulan müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
• Bankın (filialın) rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq bankdaxili normativ sənədlərin layihələrinin hazırlanılması, filialın digər şöbələrinə bankdaxili normativ və digər sənədlərin hazırlanmasında lazımı köməyin edilməsi;
• Bankda müştərilərə hesabların açılması qaydasına riayət olunmasına nəzarət etmək;
• İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək və icraatında olan məhkəmə və icra işləri üzrə bankın Hüquq idarəsinə hesabatları təqdim etmək ;

 

İşəgötürənin reytinqi