Sənədləşmə üzrə mütəxəssis

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 22.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları:

  • Daxil olan sənədləri qəbul etmək və qeydiyyatını aparmaq, icraatda olduğu müddətdə qorunub saxlanılmasını təmin etmək;
  • Şöbə rəhbərinin taprışığı əsasında mənimsəmə faktlarını təsdiq edən sənədləri toplamaq, kitablar şəklində cildləyib  aidiyyəti üzrə təhvil vermək;
  • Mənimsəmə faktlarının yoxlanılmasına dair audit yoxlamasında iştirak etmək, audit tərəfindən tələb olunan sənədləri təqdim etmək;
  • Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun tələbi ilə işin hallarından əhəmiyyətli məlumatları olan MMC-nin məsul əməkdaşlarının, habelə onların rəhbərlərinin nəzərdə tutulan vaxtda müvafiq hüquq-mühafizə orqanına göndərilməsini aidiyyəti struktur rəhbərlərindən tələb etmək;
  • Sənədlərin icra müddətinə nəzarət etmək, göndərilən sənədlərin çatdırılmasına davamlı olaraq nəzarət etmək və çatdırılma ilə bağlı xəbərnamələri poçt xidmətindən tələb etmək;
  • Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Vəzifə tələbləri:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • MS Office (Excel, Word) proqramlarını tam sərbəst bilməli;
  • Kargüzarlığın aparılması qaydalarını bilməli;
  • Hüquq üzrə ilkin biliklərə malik olmalı;
  • Mühasibatlıq sahəsi üzrə ilkin sənədləşmələrin  təşkili;
  • Çevik, məsuliyyətli  və komanda ilə işləmək bacarığına malik olmalı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

 

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Sənədləşmə üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi