Mühasib (Maliyyə xidmətləri üzrə işçi)

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 20.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • Öncədən Ödəniş Kartlarının əməliyyatlarına köməklik etmək və kreditin fasiləsiz verilməsini təmin etmək;
  • Müştərilərin kart hesabına köçürülməli olan vəsaitlərin mövcudluğunu təmin edilməsi və əsas hesabdakı balansın artırılması üçün vəsaitlərin idarə edilməsi şöbəsi/xəzinə ilə əlaqələndirməsi;
  • Kredit ödənişləri üçün öncədən Ödəniş Kartlarının proqnozlaşdırılan tələbinin müəyyən edilməsi məqsədi ilə baş ofisin şöbələri və filiallarla sıx əməkdaşlığın qurulması;
  • Terminal şirkətləri və banklarla sıx əməkdaşlığın edilməsi və məhsuldar əlaqələrin qurulması, interfeysdə lazım olan hər hansı bir dəyişikliyin edilməsi, hər hansı bir əməliyyat və ya proses tipli dəyişiklikliyin edilməsi;
  • Müştərinin öncədən Ödəniş Kartlarının hesabına pul köçürmək üçün sorğu faylını hazırlanması, məlumatların yoxlanılması və kart emal edən şirkətin veb interfeysinə yüklənilməsi;
  • Müəyyən edilmiş prosedura uyğun olaraq plastik kart inventarının daimi yenilənməsi və saxlanılması;
  • Terminallarla əlaqəli kritik problemlərin həllində CRM ilə işləmək, quraşdırılmış nağd pul terminallarının işlək vəziyyətdə olmasından əmin olmaq, nasazlığa rast gəldikdə, şikayətlərin vendor şirkətlərə yönləndirilməsi və operativ həllinin təmin edilməsi;
  • Mədaxil Terminal Əməliyyatlarının idarə olunmasına kömək edilməsi və şirkətin hesabına vaxtında pul köçürməsinin təmin edilməsi;
  • Banklar və onlayn kanallar vasitəsilə kredit ödənişləri üçün onlayn imkanların idarə olunmasına kömək edilməsi;
  • Ödənişlər üçün əməliyyatın icra vəziyyəti ilə bağlı hesabatını hazırlanması və department rəhbərinə aylıq hesabatın verilməsi;
  • Satış kanallarının rüblük əməliyyatlar hesabatını vaxtlı şəkildə qərargaha təqdim edilməsi;
  • Nağd əməliyyatlar üçün CBAR-ın uyğunluq qaydaları haqqında biliklərin mütəmadi yenilənməsi və FINCA Azərbaycanın hər zaman bu qaydalara əməl etməsinin təmin edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • İqtisadiyyat və ya İdarəetmə üzrə bakalavr dərəcəsi;
  • Minimum 2 il maliyyə sektorunda effektiv əlaqələr qurmaq və tərəfdaşlarla əlaqələndirmə təcrübəsi;
  • MS Ofis proqramlarının mükəmməl bilməsi (MS Excel, MS Word, Power Point və s.);
  • Güclü ünsiyyət və vaxt idarəetmə bacarıqları;
  • Azərbaycan dilində səlis biliklər, İngilis və Rus dillərinin bilməsi üstünlükdür.

İşəgötürənin reytinqi