Risk-analitik

  • Unibank
  • Elanın qoyulma tarixi: 14.09.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Unibank

Risk-analitik” mövqeyi
 
Öhdəliklər:

• Bankın kredit portfeli ilə iş, analitik hesabatlar, verilənlər bazası ilə iş;
• Proseslərin avtomatlaşdırılması, texniki tapşırıqların tərtib edilməsi, Excel-də makrosların yazılması;
• Fiziki şəxslərin kredit portfelləri üzrə ehtiyatların idarə olunması;
• Normativ bazanın monitorinqi, Bankın daxili sənədlərinə dəyişikliklərin edilməsi;
• Bankın fəaliyyətinin bütün səciyyəvi risklərinin aşkar edilməsi, onların ölçülməsi, sığortalanma standartları, qiymətləndirilmə və idarə olunma, Bankda dəstəyin və nəzarətin təmin edilməsi;
• Kreditlərin monitorinqinə nəzarətin planlaşdırılması və həyata keçirilməsi;
• Bankın riskləri ilə bağlı bütün tələblərin yerinə yetirilməsinin təşkili və ona nəzarət;
• Kreditlərin ödənilməsi qrafikinə nəzarət;
• Kreditlərin verilməsinin düzgün tərtib edilməsinə və onlar üzrə ehtiyatlara nəzarət;
• Kredit üzrə qəbul edilmiş əmlakın monitorinqinin yerinə yetirilməsi və, zərurət olduqda, onun yenidən qiymətləndirilməsinin təşkil edilməsi.

Tələblər:

• İdarəetmə hesabatlarının dəqiq və vaxtında tərtib edilməsi;
• Əməkdaş analitik rəylər, peşəkar mühakimələr tərtib etməyi bacarmalıdır;
• Profil üzrə 2 ilə qədər iş təcrübəsinə malik olmalıdır;
• Risklərin idarə olunması metodologiyasını, daxili nəzarətin əsaslarını bilmək;
• Risklərin aşkar edilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə praktiki təcrübə;
• İnformasianın böyük həcmlərinin təhlil edilməsi bacarığı;
• Faktların şifahi və yazılı şəkildə səlist və aydın şərh edilməsi bacarığı;
• Dilləri bilmək: rus və azərbaycan dillərini - mükəmməl, ingilis dilini (üstünlük hesab ediləcəkdir);
• MS Office (Word, Excel, Power Point)ofis proqramlarını bilmək.
 
Rezyümeni elektron poçtla aşağıdakı üzvana göndərməli:

[email protected]

(CV-ni vakansiyanın adını göstərməklə göndərməli)

İşəgötürənin reytinqi