İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Cəmiyyətin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
 
	- Layihələri şirkətin daxili prosedur və qaydalarına uyğun idarə etmək;
 
	- Layihənin razılaşdırılmış müddətə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək;
 
	- Layihənin iş qrafikinin hazırlanması, proqresin izlənilməsi və nəzarət edilməsinə rəhbərlik etmək;
 
	- Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
 
	- Layihə üzrə ehtimal büdcələrin, qiymət cədvəllərin tərtibatına rəhbərlik etmək və xərcləri layihənin bütün həyat dövrü idarə etmək;
 
	- Layihə üzrə maraqlı tərəfləri müəyyən etmək, idarəetmə və monitorinqi üzrə işləri təşkil etmək;
 
	- Layihə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, layihə komandası, podratçı şirkətlər və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
 
	- Layihə üzrə resursları idarə etmək, o cümlədən işçi qüvvəsi, material, xidmət və avadanlıqların təmin edilməsini təşkil etmək;
 
	- Layihə üzrə maliyyə axınını planlaşdırmaq və layihənin icrası müddətində təhlil edilməsinə nəzarət etmək;
 
	- Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin idarəedilməsi ilə bağlı siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
 
	- Sifarişçi və podratçılar ilə müqavilə inzibatçılığı işlərinin icrasına nəzarət etmək;
 
	- Layihələrlə bağlı texniki hesabatların təhlilində iştirak etmək;
 
	- Layihə üzrə dəyişikliklərin idarə edilməsi və nəzarətini təşkil etmək;
 
	- Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
 
	- Cəmiyyətin fəaliyyətinin iqtisadi səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması üçün müvafiq təkliflər vermək;
 
	- Konsolidə edilmiş menecment hesabatlarının hazırlanmasında iştirak etmək;
 
	- Layihə rəhbəri tərəfindən verilən aidiyyəti göstərişləri təmin etmək və zəruri toplantılarda iştirak etmək.
 
Tələblər:
	- Ali iqtisadi və ya mühəndislik təhsili;
 
	- Texniki layihələrin idarəedilməsi sahəsində azı 3 il iş təcrübəsi;
 
	- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus – arzuolunandır;
 
	- Kompüter bacarıqları: MS Office, Autocad; Primavera P6;
 
	- Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər (PMP sertifikatının olması əlavə üstünlükdür);
 
	- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.
 
Digər məlumatlar:
	- İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
 
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Layihə koordinatoru” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.