Şirniyyat məhsulları üzrə Ticari Marketinq Meneceri

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 16.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları:

  • Məsul kateqoriyanın hədəflərinə (satış həcmi, dövriyyə, gəlirlilik, bazar payı) nail olmaq üçün kommersiya marketinqinin, kateqoriya əməliyyatları strategiyalarının yaradılması və idarə edilməsi;
  • Brendin marketinq planlarına uyğun olaraq kanal və müştəri əsaslı tanıtım strategiyasının hazırlanması;
  • Marketinq planlarının sahədə mükəmməl tətbiqini təmin etmək üçün Marketinq və Satış komandaları ilə sıx əməkdaşlıq edilməsi;
  • Kateqoriyaların maliyyə göstəricilərinin izlənilməsi və biznesin böyüməsini gücləndirmək üçün daha çox imkanların tətbiq edilməsi;
  • Satış hədəflərinə çatmaq və ya daha çox fürsətdən istifadə etmək üçün satış proqnozlarını, istehsal və çatdırılma imkanlarından istifadəni uyğunlaşdırmaqla maksimum satış potensialına nail olunması;
  • Məhsul portfelinin nüfuzunun və siyahı performansının izlənilməsi, hesabat vermək və təkmilləşdirmək üçün lazımi tədbirlərin görülməsi;
  • Maliyyə, Satış və Marketinq ilə koordinasiyada və müştəri məhdudiyyətlərinə və korporativ təlimatlara uyğun olaraq proaktiv qarışıq idarəetməni həyata keçirməklə daxili uyğunlaşmanın təmin edilməsi;
  • Büdcədən səmərəli istifadə edilməsinə nəzarət edilməsi;
  • Müştəri və kanal dinamikası, rəqib təhlili, bazar tendensiyalarının izlənilməsi və fəaliyyət planının hazırlanması;
  • Məsul kateqoriyalara və kanallara məxsus biznes planların hazırlanması və aylıq, rüblük və illik planların hazırlanması, izlənilməsi və istiqamətləndirilməsi;
  • Satış fəaliyyətinin və kampaniyaların strategiyasının müəyyən edilməsi, həyata keçirilməsi, monitorinqi və nəticələrin hesabatının təqdim edilməsi.

 Vəzifə tələbləri:

  • Ali təhsil (Biznesin İdarə Edilməsi, Marketinq və ya İqtisadiyyat yönümlü);
  • FMCG sektorunda minimum 7 illik təcrübə;
  • Analitik düşünmə və problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
  • Səlis rus və ya ingilis dili biliyi;
  • Təşəbbüskarlıq, mükəmməl mentorluq, kouçinq, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
  • Microsoft Office və SAP proqramlarından sərbəst istifadə etmək bacarığı.
  • İmpuls məhsul kateqoriyası üzrə təcrübəyə sahib olmaq.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Şirniyyat məhsulları üzrə Ticari Marketinq Meneceri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.   

İşəgötürənin reytinqi