Enerji sistemləri üzrə texniki dəstək sektoru üzrə mütəxəssis

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 16.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Dizel-generator şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını təmin edir. 
  • Yeni generatorların alınaraq quraşdırılması ilə əlaqəli layihələrinin təminində iştirak (quraşdırma və qəbul prosesində) edir;
  • Generator giriş və çıxış elektrik, siqnal  xətləri, AVR sistemlərinin yenilənməsi, istismarı, təmiri;
  • Müxtəlif tipli, texniki parametrə malik olan akkumulyatorların istismarında iştirak etmək;
  • Müxtəlif tipli, texniki parametrə malik olan AC 380V/220V-DC48V düzləndiricilər - İstismarı, proflaktikası, təmiri.
  • Elektrik enerji işlədici avadanlıqların yerlə birləşmə durumunun yoxlanılması, ölçulməsi və problemlərin aradan qaldırılmasının koordinasiyası, icrası;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Kvalifikasiya üzrə tələblər:

  • Ali, orta texniki və ya energetika üzrə peşə təhsilli
  • Energetika  sahəsində ən azı 3 (üç) il iş təcrübəsi olmalıdır;
  • Dizel-generator sistemlərinin istismar qaydalarını, profilaktika işlərinin aparılmasını, baş vermiş nasazlıqların aradan qaldırılması üçün mövcud istismar təlimatlarını mükəmməl bilməlidir;
  • Kompüter bilikləri üzrə: MS Office və Outlook proqramlarında işləməyi bacarmalıdır;
  • “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”, “Elektrik və istilik qurğularının texniki istismar Qaydaları”, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası” qaydalarını bilməlidir;
  • Elektrik təhlükəsizliyi üzrə 3-cü qrupa malik olmalıdır;

İş şəraiti:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək (qəza halları zamanı  7 gün/24 saat iş zamanına uyğun fəaliyyətinin təmini (əmək qanunvericiliyə uyğun olunmaqla iş saatlarının əvəz olunması və s. təmin edilməklə);

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu  hissəsində Enerji sistemləri üzrə texniki dəstək sektoru üzrə Mütəxəssis vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi 15.07.2023.

İşəgötürənin reytinqi