PL/TMM şöbəsinin (Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə) mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • PL/TMM proqram təminatında müştərilərin bank əməliyyatlarının gündəlik əsasda monitorinq olunması, qeyri-adi, şübhəli maliyyə əməliyyatlarının aşkar edilməsi və araşdırılması;
  • PL/TMM proqram təminatında müştərilərin ölkədaxili və transsərhəd ödənişlərinin gündəlik əsasda araşdırılması və bankdaxili qaydalarla uyğunluğunun yoxlanılması;
  • Müştərilərin qəbulu və hesabların açılması zamanı müştəri profilinin Öz Müştərini Tanı (KYC) bankdaxili prosedurlara uyğunluğunun yoxlanılması;
  • PL/TMM şöbəsinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi; 
  • Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların, müraciətlərin bankdaxili qaydalara uyğunluğunun araşdırılması və cavablandırılması;
  • PL/TMM sahəsi üzrə biznes proseslərin inkişaf etdirilməsi və bankdaxili layihələrdə iştirak edilməsi; 
  • Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif analitik hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
  • Bank sahəsində ən azı 1-2 illik iş təcrübəsi (Əməliyyat sahəsində iş təcrübəsinin olması arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
  • Kompüter bilikləri: Microsoft Office Excel - yaxşı səviyyədə;
  • Bank fəaliyyətini tənzimləyən normativ qaydaların tələbləri üzrə biliklər;
  • Araşdırma və təhlil üçün lazım olan məlumatları toplama bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və novatorluq;
  • PL/TMM sahəsi ilə əlaqəli yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 iyul 2023-cü il tarixinədək, email-in mövzu hissəsində PL/TMM şöbəsinin mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi