Xərclərə nəzarət üzrə menecer

  • Ricon MMC
  • Elanın qoyulma tarixi: 13.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:

  • Layihələr üzrə xərclərin bölüşdürülməsi və onlara nəzarət;
  • Layihələr üzrə büdcəyə nəzarət
  • Layihələr və məhsullar/xidmətlər üzrə xərclərin/maya dəyərinin formalaşdırılması, inzibati xərclərin bölgüsü əsaslarının hazırlanması
  • Materialların alınması və istifadəsinə nəzarət 
  • Tikinti və təmir büdcələrinin cari xərclərlə müqayisəsi, kənarlaşmaları tapmaq və bu kənarlaşmaları izah etmək.
  • Podratçıların xərclərinə nəzarət etmək
  • Gündəlik hesabatların yoxlanması;
  • Pul axınının hərəkət hazırlanması və izlənməsi
  • Xərclərin bölüşdürülməsi, büdcəyə uyğunluğuna nəzarət
  • Büdcə və faktiki rəqəmlər üzrə yaranmış kənarlaşmaların araşdırılması və bunlarla bağlı aylıq, rüblük və illik hesabatların təqdimatı
  • Büdcənin hazırlanması prosesində yaxından iştirak
  • Xərclərin optimizasiyası və səmərəliliyin artırılması istiqamətində daima təkliflərlə çıxış etmək
  • Xərclər hesabatının hazırlanması və izlənməsi
  • Büdcə və pul axınının analizi və hesabatı
  • Qiymət məlumat bazasının hazırlanması və izlənməsi
  • Müqavilələr üzrə təhlil və hesabatlar
  • Satınalma və Maliyyə məlumatlarının təhlili və həmin istiqamətdə hesabatların hazırlanması                

Kvalifikasiyaya olan tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; 
  • 1C sistemində işləməyi mükəmməl səviyyədə bacarmalı;
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İnşaat norma və qaydalarını bilməlidir;
  • Təşkilat və onun missiyasına yüksək sadiqlik;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri

İş şəraitimiz:

  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək;
  • İş qrafiki 8.00-17.00;
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;
  • Şirkətin digər benefitləri

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına göndərməkləri xahiş olunur.