Təlim və inkişaf üzrə menecer

İşin təsviri

Təsvir:

  • "MKT İK MMC" daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
  • Müəyyən edilmiş təlim ehtiyacların əsasında təlim planın hazırlanması;
  • Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
  • İşçilərin treyninqlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədi ilə güclü kommunikasiya qurulması;
  • Şirkətdaxili və xarici təlimlərin təşkil olunması;
  • Sorğu anketləri vasitəsi ilə təlim proqresinin monitorinq və təhlili;
  • Əməkdaşların səmərəli giriş təlimatı proqramlarının təşkil edilməsi;
  • Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris mərkəzlərindən kənarda təlim prosesinin qurulmasına (müəyyən edilməsinə) və yeni təlim imkanlarının yaradılması;
  • Təlimlərin idarəedilməsi sisteminin (LMS) inkişafı və yeni təlim proqramların yaradılması;
  • İnsan resursları şöbə daxilində mövcud layihələrin aparılması.

Tələblər:

  • Təlim və inkişaf sahəsində minimum 5 il menecer olaraq iş təcrübəsi tələb olunur;
  • İnsanlarla bütün səviyyələrdə işləmək imkanı verən şəxsiyyətlərarası əlaqə bacarığı;
  • Əməkdaşların aydın məlumatlandırılması və konsultasiya edilməsinə imkan verən yazılı və şifahi ünsiyyət qabiliyyəti;
  • Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;
  • Təşəbbüskar və yeni ideyalar təklif etmə bacarığı;
  • Qoyulmuş tarixlərə və hədəflərə çatmaq üçün təşkilati və planlaşdırma bacarıqları.
  • Daxili təlim mərkəzi konsepsiyasının anlayışı;
  • İR sahəsində kvalifikasiyanın olması üstünlükdür;
  • Layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
  • Ölkədaxili ezamiyyət etmək imkanı.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar