Tender üzrə mütəxəssis

  • Crystal Group
  • Elanın qoyulma tarixi: 12.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Namizədə olan tələblər:

  • Ali təhsil
  • Azərbaycan və rus dilini bilməsi;
  • Müvafiq sahədə minimum 3  il iş təcrübəsi;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; 
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Tikinti sahəsi barədə məlumatlı olması;
  • Yüksək riyazi-analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti,
  • Problemləri həll etmək bacarığına malik olmaq;

İş haqqında məlumat:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi
  • Tender üzrə tələb olunan sənədlərin "Dövlət satınalmaları haqqında" AR qanunvericiliyə uyğun hazırlanması
  • Tender prosesi zamanı şirkətin təmsil olunması
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət
  • Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq
  • Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq

İş şəraiti:

  • 5 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı:  1000-1200 azn (Net)

Qeyd: Vakansiaya müraciət üçün CV-ləri vakansiyanın adını qeyd etməklə göndərməyiniz xahiş olunur.

Crystal Group tərəfindən digər vakansiyalar