İşin təsviri
İşin təsviri:
- Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
- Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
- İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq və Qonaqların yemək və içki sifarişlərini qəbul etmək.
- İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
- İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
- Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
- Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
- Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
- Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
- Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
- İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
- Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.
Namizədə olan tələblər:
- Ofisiant kimi 1 ilə kimi iş təcrübəsinə malik olmaq;
- Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
- Azərbaycan, İngilis və Rus dillərin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
- Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
İş haqqında məlumat:
- İş yeri: “Bilgah Beach Hotel”, Bilgəh qəsədəsi, Qələbə küçəsi 94, AZ 1122;
- AR Əmək Məcəlləsi-nə uyğun işə qəbul;
- 5 günlük iş həftəsi, həftə içi 2 istirahət günü. İş cədvəli dəyişkən qrafik əsasında
- Nəqliyyat şirkət tərəfindən təmin olunur (Koroğlu metrosu – Bilgah Beach Hotel - Koroğlu metrosu);
- Nahar şirkət tərəfindən təmin edilir;
- İcbari və könüllü tibbi siğorta;
- Əmək haqqı haqqında ətraflı məlumatları müsahibə zamanı bildirilir.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü hissəsinə “Waiter/Waitress” qeyd edərək göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: +994 51 225 89 59