İşin təsviri
Namizədə olan tələblər:
- Ali təhsil;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- Azərbaycan dili səlis,rus və ingilis dillərini bilmək üstünlükdür;
- Tender sahəsində minimum 1 illik iş təcrübəsi.
Vəzifə öhdəlikləri:
- Müxtəlif platformalar üzrə tenderlərin izlənməsi və təhlilinin aparılması;
- Uyğun tenderlərlə bağlı məlumatların müvafiq proqramlarda qeydiyyatının edilməsi;
- Tenderə qatılmaq üçün tələb olunan sənəd toplusunun hazırlanması;
- Tender predmetlər üzrə qiymət təkliflərinin alınması üçün müvafiq strukturlara müraciət olunması;
- Tender təkliflərinin, kotirovkaların qeydiyyatının aparılması və onların aidiyyəti üzrə saxlanılması;
- Rəhbərliyin verdiyi tapşırıqları düzgün və vaxtında yerinə yetirmək.
İş şərtlərimiz:
- Əmək haqqı: 1200-1400 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tender üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.