Tender üzrə mütəxəssis

İşin təsviri

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi
  • Tender üzrə tələb olunan sənədlərin "Dövlət satınalmaları haqqında" AR qanunvericiliyə uyğun hazırlanması
  • Tender prosesi zamanı şirkətin təmsil olunması
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət
  • Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq
  • Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq

Kvalifikasiyaya olan tələblər:

  • Ali təhsil (İqtisadi təhsilin olması üstünlükdür);
  • Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; 
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Yüksək riyazi-analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti,
  • Problemləri həll etmək bacarığına malik olmaq;

İş şəraitimiz:

  • Əməkhaqqı – 500 azn (net fix)+hər bir imzalanan müqavilə üzrə 100 AZN (net)
  • İş qrafiki 5 günlük, 9.00-18.00;
  • İş yeri Abşeron rayon, Məmmədli qəsəbəsi. Zabrat Kürdəxanı yolu Məmmədli dəmir yolu stansiyasının yaxınlığı

Maraqlananlar cv-lərini mövzu yerinə “Tender üzrə mütəxəssis” yazaraq göndərə bilər. Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

Lubricant Supplier tərəfindən digər vakansiyalar